"Dunya Warriors" daha bir məşqçi cəlb etdi
Yeni mövsümdən etibarən "Dunya Warriors" klubunda 2 yaş dərəcəsinin fəaliyyətə başlaması ilə əlaqədar klubun məşqçilər korpusu daha bir məşqçi ilə gücləndirildi. "Qarabağ" reqbi klubunun sabiq oyunçusu və World Rugby level 1 beynəlxalq dərəcəli sertifikat sahibi olan Kamal Abdullayev klubun U12 komandasının məşqçisi kimi fəaliyyət göstərəcək.