Məzmuna keçin

"Sea Breeze Cup" qalibi müəyyənləşdi

Sea Breeze Resort çimərliyində baş tutan çimərlik reqbisi üzrə "Sea Breeze Rugby Cup" turniri başa çatdı. Turnirdə "Dunya Warriors", "Baku Tigers", "Sumqayıt Qasırğası" və "Şamaxı OM" komandaları iştirak edirdilər.

Qrup mərhələsini birinci pillədə başa vuran "Dünya" məktəbinin təmsilçiləri birbaşa final oyununa vəsiqə qazandılar. Həlledici qarşılaşmada onlar son zamanlar prinsipial rəqibə çevrilmiş "Sumqayıt Qasırğası" kollektivi ilə qarşılaşdırlar. Gərgin mübarizə şəraitində keçən oyun 15:10 paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşdı. Bürünc medalları isə "Baku Tigers" reqbiçiləri qazandılar.

Chat with us