Məzmuna keçin

Azərbaycanda keçirilən reqbi yarışları

2024-cü ildən etibarən Azərbaycanda yeniyetmə klub və məktəb komandaları arasında müntəzəm reqbinin müxtəlif növləri üzrə yarışlar keçirilir. Bu yarışlar oyun təcrübəsinin artırılması, gənc idmançıların inkişafı, sağlam həyat tərzinin təşviqi və rəqabət ruhunun formalaşdırılması məqsədi daşıyır. Eyni zamanda turnir və birinciliklər milli komandalara perspektivli oyunçuların seçilməsi üçün mühüm platforma rolunu oynayır. Azərbaycan Reqbi Federasiyası gələcək illərdə yarışların coğrafiyasını və iştirakçı sayını daha da artırmağı hədəfləyir.

Ölkə birinciliyi

2025-2026 illər mövsümündən etibarən Reqbi yunion üzrə ölkə birinciliyi klublar arasında dairəvi sistem üzrə keçiriləcək. Klubların sayını nəzərə alaraq yarışın bir neçə dövrədən ibarət olması nəzərdə tutulur. Ölkə birinciliyi 2026-cı ilin noyabrından 2027 ilin mayınadək davam edəcək.

Ölkə Kuboku və turnirlər

Mövsüm ərzində Reqbi sevens və Tag reqbi üzrə Ölkə Kuboku ilə yanaşı müxtəlif turnirlərin keçirilməsi nəzərdə tutulur. Oyunun bu növləri üzrə matçların müddəti qısa olduğundan yarışı bir və ya iki gün ərzində keçirmək mümkündür və bu, ildə bir neçə bu cür yarışın təşkilini mümkün edir.

Məktəb Liqası

Azərbaycan Reqbi Federasiyası bu idman növünü məktəblilər arasında populyarlaşmasına xüsusi önəm verir. Mövsüm ərzində bir sıra özəl və dövlət məktəblərində qızlar və oğlanlar arasında təmassız və dinamik Tag reqbi üzrə müntəzəm festivallar və test-oyunlar təşkil olunur. 

Chat with us